Nazir müavini: Son beş il ərzində Aİ-nin Azərbaycan iqtisadiyyatına investisiyası 15 milyardı ötüb


Digərləri 05 İyn 2018 11:29:19 281 0

Nazir müavini: Son beş il ərzində Aİ-nin Azərbaycan iqtisadiyyatına investisiyası 15 milyardı ötüb

Son beş il ərzində Avropa İttifaqı (Aİ) ölkələri Azərbaycan iqtisadiyyatına 15 milyard dollardan çox investisiya yerləşdirib

Bakı. Ənvər Məmmədov - Son beş il ərzində Avropa İttifaqı (Aİ) ölkələri Azərbaycan iqtisadiyyatına 15 milyard dollardan çox investisiya yerləşdirib. Trend-in məlumatına görə, bunu Aİ-Azərbaycan biznes forumunda çıxışı zamanı Azərbaycan iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov deyib. Onun sözlərinə görə, hazırda Azərbaycanda 1,5 mindən çox Avropa şirkəti fəaliyyət göstərir: “Aİ və Azərbaycan arasında iqtisadi əməkdaşlıq daim yaxşılaşır. Ötən ilin yekunlarına əsasən, Aİ ölkələri ilə Azərbaycan arasında ticarət dövriyyəsi 9,4 milyard avro təşkil edib ki, bu da Azərbaycanın ümumi ticarət dövriyyəsinin 42 faizidir. Bu ilin ilk dörd ayı ərzində ticarət dövriyyəsi 3,7 milyard dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15 faiz çoxdur”.