UNEC Yunus Sosial Biznes Mərkəzi təqdim edir: “Sosial biznes və sahibkarlıq” (FOTO)


Digərləri 05 İyn 2018 11:02:00 300 0

UNEC Yunus Sosial Biznes Mərkəzi təqdim edir: “Sosial biznes və sahibkarlıq” (FOTO)

UNEC-də “Sosial biznes və sahibkarlıq” proqramının final mərhələsi keçirilib.

Bakı. UNEC-də “Sosial biznes və sahibkarlıq” proqramının final mərhələsi keçirilib. UNEC-dən Trend-ə verilən məlumata görə, Yunus Sosial Biznes Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə Beynəlxalq Avrasiya Mətbuat fondunun (BAMF) sədri Umud Mirzəyev, “Kutvan Project Group”un təsisçisi Ali Kutvan, dövlət və özəl qurumların nümayəndələri iştirak ediblər. UNEC-in beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru, dosent Anar Rzayev “Sosial biznes və sahibkarlıq” proqramı barədə ətraflı məlumat verərək, bildirib ki, tələbələr müsabiqəyə təhsil, texnologiya, kənd təsərrüfatı və səhiyyə sahəsinə dair 12 sosial biznes ideya təqdim ediblər. İdeya müəllifi olan komandalar “HUMAN Foundation”in dəstəyi ilə nüfuzlu qurumlarda altı həftəlik mentorluq proqramına qatılıblar. Sosial biznesin ölkələrin iqtisadi inkişafında və cəmiyyətdə gəlirlərin daha ədalətli bölgüsündə mühüm rol oydadığını vurğulayan A.Rzayev iştirakçılara uğurlar arzulayıb. Gənclərin sosial biznes və startap fəaliyyətinə təşviq edilməsinin vacibliyindən bəhs edən BAMF-ın sədri Umud Mirzəyev bunun bir ənənəyə çevrilməsinin əhəmiyyətini vurğulayıb. O, bu istiqamətdə fəaliyyətin gücləndirilməsinin Azərbaycan iqtisadiyyatına da mühüm töhfələr verə biləcəyini diqqətə çatdırıb. UNEC Yunus Sosial Biznes Mərkəzinin rəhbəri Fəridə Əsgərzadə mərkəz haqqında məlumat verib. O, Nobel mükafatçısı Məhəmməd Yunusun Azərbaycana səfəri çərçivəsində yaradılan mərkəzin sosial biznesin araşdırılması, akademik tədqiqatların aparılması sahəsində həyata keçirdiyi işlərdən söz açıb.