İran millisinin dünya çempionatı üçün heyəti açıqlandı


İdman 05 İyn 2018 10:49:00 351 0

İran millisinin dünya çempionatı üçün heyəti açıqlandı

Portuqaliya, Mərakeş və İspaniya ilə birgə B qrupunda mübarizə aparacaq İran milli komandasının Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatı üçün yekun heyəti açıqlanıb.

Goal.az xəbər verir ki, baş məşqçi Karluş Keyruş "23-lüy"ə 3 qapıçı, 7 müdafiəçi, 8 yarımmüdafiəçi və 5 hücumçu daxil edib.

Qapıçılar: Rəşid Məzahiri (Zob Ahan), Əmir Abedzadə (Maritimu, Portuqaliya), Alireza Beyravand (Persepolis)

Müdafiəçilər: Ramin Rezaeyan (Ostende, Belçika), Mohammad Reza Khanzadeh (Padide), Morteza Purliqanci (Al-Sadd, Qətər), Pejman Montazeri (İstiqlal), Seyid Məcid Hosseyni (Esteglal), Milad Məhəmmədi (Axmat, Rusiya), Ruzbeh Çeşmi (Esteglal)

Yarımmüdafiəçilər: Səid Ezzatollahi (Amkar, Rusiya), Masud Şucayi (AEK, Yunanıstan), Saman Qoddos (Östersun, İsveç), Mehdi Torabi (Saypa), Aşkan Decaqa (Nottingam Forest, İngiltərə), Omid Ebrahimi (Esteglal), Ehsan Hacı Safi (Oympiacos, Yunanıstan), Vahid Amiri (Persepolis)

Hücumçular: Alireza Cahanbaxş (AZ, Hollandiya), Kərim Ansarifard ("Olimpiakos", Yunanıstan), Mehdi Taremi ("Qarafa", Qətər), Sərdar Azmun ("Rubin", Rusiya), Reza Quçannecad ("Herenven", Hollandiya).