Nazirlikdən İcra Hakimiyyətlərinə xəbərdarlıq


Digərləri 05 İyn 2018 10:23:00 259 0

Nazirlikdən İcra Hakimiyyətlərinə xəbərdarlıq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Qaynar xətt"inə Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi 60 saylı binanın qarşısında ağac kəsintisi ilə bağlı daxil olan şikayəti Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları yerində araşdırıblar.

Son.az xəbər verir ki, bu barədə ölkə.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib. Sözügedən ünvana keçirilən baxış zamanı köküstə yaş 16 sm diametriliyində 1 ədəd ərik ağacının tikinti işləri aparılan zaman kəsildiyi və təbiətə 900 manat ziyan dəydiyi məlum olub.