Azərbaycana xaricdən ölü donorun gətirilməsi mümkün olacaq


Digərləri 05 İyn 2018 10:27:00 268 0

Azərbaycana xaricdən ölü donorun gətirilməsi mümkün olacaq

Xaricdən Azərbaycana ölü donorun və hissələrinin gətirilməsinə və ölkədən xaricə göndərilməsinə icazə verilir. 

Son.az report-a istinadən xəbər verir ki, bununla bağlı "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" qanuna dəyişiklik edilir.

Qanuna əlavə edilən 11-1 (Ölü donorun və hissələrinin xaricdən gətirilməsi və göndərilməsi) maddəsinə əsasən, ölü donorun və hissələrinin transplantasiya, tədris və elmi məqsədlərlə xarici ölkələrdən gətirilməsi və ya xaricə göndərilməsi müvafiq icra hakimyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.