Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatı başlayır
Digərləri 05 İyn 2018 10:04:00 245 0
Bu gün Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatına start veriləcək.
Son.az Trend-ə istinadən xəbər verir ki, iyunun 9-dək davam edəcək dünya çempionatında 43 ölkədən 1500-dək velosipedçi birincilik uğrunda mübarizə aparacaq.
Dünya çempionatında Azərbaycanı 8 idmançı təmsil edəcək. "Challenge" kateqoriyasında yarışacaq velosipedçilərimizdən Xəyal İbrahimov, Soltan İsrafilov və Justinas Pavlovas mübarizəyə iyunun 6-da qoşulacaqlar. İyunun 7-də Orxan Məmmədov, Vüqar Nəsibov, Kənan Babayev və Yelmar Şahmarzadə çıxış edəcəklər. Elit kateqoriyasında yarışacaq Aqşin İsmayılov isə iyunun 8-də start xəttinə çıxacaq.
Mənbə: milli.az