"Jek" müdiri kəsilmiş bir ağaca görə 5 min manat cərimələndi


Digərləri 05 İyn 2018 09:53:00 254 0

"Jek" müdiri kəsilmiş bir ağaca görə 5 min manat cərimələndi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Qaynar xətt"inə Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi 60 saylı binanın qarşısında ağac kəsintisi ilə bağlı daxil olan şikayət Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən yerində araşdırılıb. Nazirlikdən Son.az-a verilən məlumata görə, sözügedən ünvana keçirilən baxış zamanı köküstə yaş 16 sm diametriliyində 1 ərik ağacının tikinti işləri aparılan zaman kəsildiyi və təbiətə 900 manat ziyan dəydiyi məlum olub. Faktla bağlı Nəsimi rayon 31 saylı Mənzil Komunal İstismar Sahəsinin rəisi Vidadi Həsənov barəsində protokol tərtib olunub və o, İnzibati Xətalar Məcəlləsinə əsasən, vəzifəli şəxs qismində 5000 manat məbləğində cərimə edilib. Tikintinin dayandırılması üçün Bakı şəhər və Nəsimi rayon İcra Hakimiyyətlərinə telefonoqram göndərilib.

Yusif Nəsirli


Xəbərə aid foto