Paşinyan Qarabağda etirazları


Dünya 05 İyn 2018 09:58:00 267 0

Paşinyan Qarabağda etirazları

"... Qarabağın (Azərbaycanın ermənilər tərəfindən işğal edilmiş regionu-red.) güc strukturları nümayəndələrinin davranışı  narahatlıq doğurur. Bu situasiyanın  konkret həlli olmalı və konkret nəticələrə gətirib çıxarmalıdır".

Son.az virtualaz.org-a istinadən bildirir ki, Ermənistanın baş naziri Nikol Paşinyan bunu öz Facebook səhifəsində birbaşa yayımda Xankəndidəki etiraz aksiyalarını şərh edərkən deyib.

Paşinyan qeyd edib ki, Qarabağdakı hadisələri diqqətlə izləyir və Bako Saakyanla (Dağlıq Qarabağın separatçı rejiminin başçısı-red.) əlaqə saxlayır.

"İndi elə mərhələ gəlib ki, etiraz edənlər Saakyana bu razılıqları reallaşdırmağa imkan verməlidilər. Bu əsəbi yox, sakit şəraitdə edilməlidir, amma hazırda mitinqlər buna mane olur. Mitinqləri konkret razılıqlara nail olmaq üçün keçirmək lazımdır. İndi nəticələr artıq var. Faktiki olaraq, mitinqlər öz hədəfinə nail oldu..." - Paşinyan bildirib.