Tbilisidə metro işçilərinin tətili davam edir


Dünya 05 İyn 2018 09:14:00 263 0

Tbilisidə metro işçilərinin tətili davam edir

Tbilisi metropoliteninin maşinistlərinin dünən səhər saatlarından elan etdiyi tətil davam edir.

Son.az APA-ya istinadən xəbər verir ki, gecə saatlarında Tbilisi meri Kaxa Kaladze və maşinistlər arasında keçirilmiş görüş nəticəsiz yekunlaşıb.

Maşinistlərin bildirib ki, şəhər meriyasının rəhbərliyi onların əmək haqlarının artırılması ilə bağlı müzakirələrə 2019-cu ildə başlamağı təklif edib və bu, onlar üçün qəbuledilməzdir.