Havay adalarında lava axını 117 tikilini məhv edib FOTO


Dünya 05 İyn 2018 08:40:00 295 0

Havay adalarında lava axını 117 tikilini məhv edib  FOTO

Kilauea vulkanı mayın 3-də püskürməyə başlayıb

Amerikanın sakit okeanda yerləşən eyniadlı ştatına daxil olan Havay adalarında Kilauea vulkanının püskürməsi nəticəsində yaranan lava axınının dağıtdığı ev və tikililərin sayı 117 ədədə çatıb.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə bazar ertəsi "Associated Press" məlumat yayıb.

Bundan əvvəl təbii fəlakət nəticəsində 87 tikilinin dağıldığı bildirilirdi. Agentliyin məlumatına görə, vulkanın yaxınlığında yerləşən Puna dairəsində bir neçə min insan təxliyyə edilib.


Xəbərə aid fotolar