Parisdə muğamın yubileyi qeyd olunub FOTO


Digərləri 05 İyn 2018 08:30:00 193 0

Parisdə muğamın yubileyi qeyd olunub  FOTO

Paris şəhərində muğamın YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi münasibətilə konsert keçirilib.

Son.az "Report"a istinadən bildirir ki, konsert Azərbaycanın YUNESKO yanında daimi nümayəndəliyi və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə qurumun baş qərargahında olub.

Tədbirdə YUNESKO-nun əməkdaşları, bu qurum yanında müxtəlif ölkələrin nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.

Tədbirin rəsmi hissəsində çıxış edən Azərbaycan Respublikasının YUNESKO yanında daimi nümayəndəsi Anar Kərimov emosional məna daşıyan, dərin və bitkin təfəkkür, bədii həyəcan və müxtəlif musiqi obrazlarının inkişafını ifadə edən musiqi janrı - muğam haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. O, muğamın üç milli musiqi alətində - tar, kamança və qavalda müşayiət edildiyini bildirib və bu üç alətdən ikisinin, kamançanın və Azərbaycanda tar ifaçılıq sənəti və onun hazırlanma ustalığının YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısında yer aldığını xüsusi vurğulayıb.


Xəbərə aid fotolar