Abşeronda 3 gün əvvəl vurulan piyada bu gün xəstəxanada ölüb


Sosial 05 İyn 2018 05:12:43 240 0

Abşeronda 3 gün əvvəl vurulan piyada bu gün xəstəxanada ölüb

Yaralı komadan ayılmayıb

Bakı. 5 iyun. REPORT.AZ Abşeron rayonunun Masazır qəsəbəsində 3 gün əvvəl vurulan piyada bu gün xəstəxanada ölüb.

"Report"un xəbərinə görə, hadisə iyunun 2-də baş verib.

Təxminən 45-50 yaşlı kişi avtomobil vurması nəticəsində 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Onun vəziyyəti ağır olduğundan Reanimasiya şöbəsinə yerləşdirilib. Lakin yaralı koma vəziyyətinə düşüb. Həkimlərin səylərinə baxmayaraq, o, ötən gecə xəstəxanada dünyasını dəyişib. Kişinin kimliyini müəyyənləşdirmək mümkün olmayıb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanılıb.