Sosial şəbəkə vasitəsilə boşanmaq mümkün olacaq


Digərləri 05 İyn 2018 08:21:00 257 0

Sosial şəbəkə vasitəsilə boşanmaq mümkün olacaq

Çinin cənubundakı Quandun vilayətində məmurlar çinlilər arasında olduqca populyar olan veb-xidmət - "WeChat" vasitəsilə boşanmanın rəsmiləşdirilməsi imkanlarını sınaqdan keçirməyə başlayıblar.

Son.az lent.az-a istinadən xəbər verir ki, rəsmilər belə bir yeniliyi inqilabi və super müasir yenilik hesab edirlər. Hələlik ancaq bir vilayət belə bir imkan əldə edib.   Ərizəni tərtib etmək üçün mobil əlavə vasitəsilə şəxsi məlumatlar bölməsində xüsusi qrafanı doldurmaq lazım gələcək. Məhz bundan sonra ərizəçi boşanmaq istədiyi şəxs barəsində məlumatları qeyd etməlidir.     Belə bir təsəvvür yarana bilər ki, Çində nikaha o qədər də ciddi yanaşmırlar. Ancaq belə deyil. Nikahın pozulması haqqında son təsdiqi almaq üçün ailə məsələləri üzrə mütəxəssislə müsahibədən keçmək lazım gələcək, onunla da görüşü " WeChat" vasitəsilə razılaşdırmaq mümkündür.     Artıq gələn ildən bütün çinli cütlüklər elektron qaydada boşanmaq imkanı əldə edə biləcəklər. Bunun Rusiya, Avropa və ABŞ-da da tətbiqi planlaşdırılır.