Xırdalanda 21 yaşlı gənci qonşusu bıçaqladı


Digərləri 05 İyn 2018 07:54:00 228 0

Xırdalanda 21 yaşlı gənci qonşusu bıçaqladı

İnsidentdlə bağlı bir nəfər saxlanılıb

Abşeron rayonunun Xırdalan şəhərində dava zamanı 21 yaşlı gənc bıçaqlanıb.

Son.az "Report"a istinadən bildirir ki, 1997-ci il təvəllüdlü Səfərov Ceyhun Yusif oğlu küçədə qonşusu ilə əlbəyaxa dava edib.

Dava zamanı o bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları hadisənin səbəblərini araşdırır.

İnsidentlə bağlı bir nəfər saxlanılıb.

Mili.Az