Abşeronda 3 gün əvvəl vuruldu, bu gün xəstəxanada öldü


Digərləri 05 İyn 2018 07:39:00 260 0

Abşeronda 3 gün əvvəl vuruldu, bu gün xəstəxanada öldü

Abşeron rayonunun Masazır qəsəbəsində 3 gün əvvəl vurulan piyada bu gün xəstəxanada ölüb.

Son.az "Report"a istinadən bildirir ki, hadisə iyunun 2-də baş verib.

Təxminən 45-50 yaşlı kişi avtomobil vurması nəticəsində 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Onun vəziyyəti ağır olduğundan Reanimasiya şöbəsinə yerləşdirilib. Lakin yaralı koma vəziyyətinə düşüb. Həkimlərin səylərinə baxmayaraq, o, ötən gecə xəstəxanada dünyasını dəyişib. Kişinin kimliyini müəyyənləşdirmək mümkün olmayıb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Mili.Az