"Apple" yeni "iOS 12" əməliyyat sistemini təqdim edib - VİDEO


İqtisadiyyat 04 İyn 2018 21:40:25 267 0

"Apple" yeni "iOS 12" əməliyyat sistemini təqdim edib - VİDEO

Yeni versiya "iOS 11"in olduğu qurğularda keçərli olacaq

Amerikanın "Apple" şirkəti bazar ertəsi San-Xose şəhərində keçirilən "WWDC 2018" tədbirində "iOS 12" yeni əməliyyat sistemini təqdim edib.

“Report” xəbər verir ki, şirkət nümayəndələrinin sözlərinə görə, "iOS 12" əməliyyat sistemi "iOS 11"in işlədiyi qurğularda keçərli olacaq.

Bildirilir ki, yeni sistem yüksək iş sürətinə malikdir.

Bundan əlavə, "iOS"da "Screen Tim" var ki, bu da istifadəçiyə proqramlardan istifadə vaxtını tənzimləmək imkanı verir.

Həmçinin yeniləmədə səs köməkçisi üçün "Siri Shortcuts" funksiyası yaradılıb.

Məsələn, "iPhone"də bildirişlərin gecə və ya əhəmiyyətli görüş zamanı gəlməyəcəyi səssiz rejim olacaq.

Şirkətdən iddia edirlər ki, proqram 40 faiz tez, klaviatura 50 faiz tez, kamera isə 70 faiz daha tez işə düşəcək.

Bildirilir ki, "iOS"da istifadəçilər tərəfindən "Memoji", yəni real həmsöhbətin emosiyalarını ötürəcək personajlar yaratmaq mümkün olacaq.

Təqdimatda qeyd olunub ki, "AppleWatch" ağıllı saatlarında da əməliyyat sistemləri yenilənəcək. Bundan sonra onlar fiziki fəallığın tipini avtomatik olaraq müəyyən edəcəklər. Həmçinin biləyin bir hərəkəti ilə "Siri"ni işə salmaq mümkün olacaq.

Şirkət əməkdaşları "FaceTime"da da yenilik ediblər. Belə ki, burada qrup şəklində konfranslar təşkil etmək olacaq.