Daha bir iştirakçı əlini səhvən maşından götürdü VİDEO


Şou-biznes 04 İyn 2018 23:43:00 291 0

Daha bir iştirakçı əlini səhvən maşından götürdü  VİDEO

Daha bir iştirakçı "Maşın" şouda səhvən əlini maşından çəkib.

Son.az axşam.az-a istinadən bildirir ki, bu, aparıcı Fira Cəlilovadır. Belə ki, o, ötən gün yayımlanan oyunda əlini qəfil çəkib, daha sonra çevrilərək əlini maşının üzərinə qoyub.

Görüntülər bu günki veriliş başlayar-başlamaz efirə verilib və Fira şoudan gedib. O, bu hadisəyə təəssüflənmədiyini, olanları qismətə bağladığını deyib. Qeyd edək ki, verilişin ilk buraxılışında meyxanaçı Ələkbər Yasamallı da əlini maşından çəkmişdi. Sözügedən görüntülər sosial şəbəkədə və mediada yayılandan sonra meyxanaçı oyundan uzaqlaşdırılmışdı.