Artıq zülal erkən ölümə səbəb olur


Digərləri 04 İyn 2018 23:25:00 293 0

Artıq zülal erkən ölümə səbəb olur

Qida rasionunda normadan artıq zülal kişilərdə ürək çatışmazlığına gətirib çıxarır.

Son.az oxu.az-a istinadən bildirir ki, bununla bağlı fin tədqiqatçıların elmi işi "Circulation: Heart Failure" jurnalında dərc olunub.

Tədqiqatda 42-60 yaşlarında olan 2500 kişi iştirak edib. Bir neçə gün ərzində onların gündəlik olaraq hansı ərzaq məhsulları ilə qidalandığı ilə bağlı məlumat toplanıb. Ardınca tədqiqatçılar könüllüləri gündəlik zülal qəbulu miqdarından (78 qramdan 109 qrama qədər) asılı olaraq dörd qrupa bölüb. 

Alimlər onları 22 il ərzində müşahidə edib. Könüllülərdən 330 nəfərə ürək çatışmazlığı diaqnozu qoyulub.