Ömrü uzatmağın yolu tapıldı


Digərləri 04 İyn 2018 23:12:00 256 0

Ömrü uzatmağın yolu tapıldı

Bitki mənşəli əlavələrlə probiotiklərin həmahəng şəkildə istifadəsi insan ömrünü uzada bilər.

Son.az oxu.az-a istinadən bildirir ki, Makqil universitetinin alimləri belə bir nəticəyə gəlib.

Elmi araşdırmanın nəticələri "EurekaAlert" portalında dərc olunub.

Biomühəndislik sahəsinin mütəxəssisləri tədqiqatları drozofil milçəklərinin üzərində aparıb. Tədqiqatçılar onları simbiotik (probiotik və polifenolun qatqısı) və trifala (bitki mənşəli əlavə) ilə yemləyib.

Bu maddələrin köməkliyi ilə alimlər milçəklərin ömrünü 66 günə qədər uzadıb. Bu orqanizminə simbiotik və trifala düşməyən həşəratlardan fərqli olaraq 26 gün çoxdur.