Gənc Tamaşaçılar Teatrında “Şirinlər”in premyerası keçirilib (FOTO)


Digərləri 04 İyn 2018 22:51:16 345 0

Gənc Tamaşaçılar Teatrında “Şirinlər”in premyerası keçirilib (FOTO)

P.Cullifordun “Şirinlər” pyesi əsasında eyniadlı yeni tamaşanın premyerası keçirilib.

Bakı. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 2018-ci ilin repertuar planında təsdiq olunmuş P.Cullifordun “Şirinlər” pyesi əsasında eyniadlı yeni tamaşanın premyerası keçirilib. Teatrdan Trend-ə verilən məlumata görə, məktəblilər tərəfindən böyük maraqla qarşılanan tamaşada xeyirxahlıq, insanların bəd əməllərdən uzaqlaşdırılması, hər kəsin dost və mehribanlıq şəraitində yaşaması kimi nəcib hisslər aşılanır. Tamaşanın quruluşçu rejissoru Elşad Rəhimzadə, rəssamı Şahin Hüseynli, kostyum üzrə rəssamı Yekaterina Bıçkova, musiqi tərtibatı İradə Muradova, tamaşanın plastik həlli Ceyhun Dadaşov və rejissor assistenti Günay Qasımovadır.