İsrail prezidenti fələstinli həmkarını Ramazan münasibəti ilə təbrik edib


Dünya 04 İyn 2018 22:48:30 338 0

İsrail prezidenti fələstinli həmkarını Ramazan münasibəti ilə təbrik edib

Rivlin Abbasa Qəzza zolağında fələstinlilərin ölümü ilə nəticələnən hadisələr fonunda zəng edib

İsrail prezidenti Reuven Rivlin Fələstin lideri Mahmud Abbası müsəlmanların müqəddəs ayı olan Ramazanın gəlişi münasibəti ilə təbrik edib. Rivlin Abbasa Qəzza zolağında fələstinlilərin ölümü ilə nəticələnən hadisələr fonunda zəng edib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Fələstinin VAFA agentliyi məlumat yayıb.

"Fələstin dövlətinin rəhbəri Mahmud Abbas bazar günü İsrail prezidenti Reuven Rivlindən telefon zəngi qəbul edib. Söhbət zamanı qarşı tərəf onu Ramazan ayının gəlişi və sağalması münasibəti ilə təbrik edib", - deyə məlumatda qeyd olunur.

Həmçinin Abbasın Rivlinə zəngə görə təşəkkür etdiyi bildirilir.