İsrail prezidenti və Fələstin lideri arasında telefon danışığı olub


Dünya 04 İyn 2018 22:26:00 322 0

İsrail prezidenti və Fələstin lideri arasında telefon danışığı olub

İsrailin prezidenti Reuven Rivlin və Fələstin lideri Mahmud Abbas arasında telefon danışığı olub.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə Fələstinin "WAFA" agentliyi xəbər verib.

Məlumata əsasən, İsrail prezidenti Mahmud Abbası müqəddəs Ramazan bayramının başlaması və sağalması münasibətilə təbrik edib. Fələstin lideri, öz növbəsində, Reuven Rivlinə minnətdarlığını bildirib.