1 yaşına qədər uşaqlara bal verməyin!


Digərləri 04 İyn 2018 22:22:00 421 0

1 yaşına qədər uşaqlara bal verməyin!

Pediatrlar 1 yaşına kimi olan uşaqlara bal verməyi tövsiyə etmirlər.

Məsələ burasındadır ki, balda Clostridium botulinum bakteriyasının sporları ola bilər. Bu bakteriya botulizmin inkişafına səbəb ola bilər. Çox ağır xəstəlik olan botulizm nəfəsalmanın çətinləşməsi, iflic və hətta ölümə gətirib çıxarda bilər.

Son.az saglamolun.az-a istinadən bildirir ki, daha böyük yaşda uşaqların və böyüklərin orqanizminə düşən sporlar orqanizm tərəfindən zərərsizləşdirir və onların sonrakı inkişafının qarşısı alınır. Lakin 1 yaşına qədər olan uşaqların immun sistemi hələ çox zəif olur ki, onların orqanizminə düşən sporlar inkişaf edə və çoxala bilər. Bu isə botulizmin inkişafına səbəb olacaq.