Okean və dəniz məhsullarına tələbat artır VİDEO


Digərləri 04 İyn 2018 21:53:00 282 0

Okean və dəniz məhsullarına tələbat artır  VİDEO

Yay aylarında balıq məhsullarının satışında durğunluq müşahidə edilir. Son.az bildirir ki, balıqdan fərqli olaraq bəzi okean və dəniz məhsulları var ki, isti aylarda da onlara tələbat çoxdur. Belə məhsulları Bakıda həm bişmiş, həm də çiy halda satılır.

Məsələn, osminoq, midya, lobster, oyster, krab və digər adı bizim mətbəxə yad olan okean və dəniz məhsullarından hazırlanan yeməklərin müştərisi əvvəllər əsasən turistlər idisə, son zamanlar ölkəmizdə bu məhsullara tələbat artıb.

İsti aylarda balığa tələbat azalsa da, digər okean və dəniz məhsullarına maraq böyükdür. Xüsusi ilə də bu qidalar tez həzm olunduğundan daha çox satılır.

Məhsulların əksəriyyəti isə okean sahili ölkələrdən gətirilir. Ölkəmizə bu qidalar Argentina, İsveç, Rusiya və digər bazarlardan idxal edilir. Qiymətləri isə müxtəlifdir.