Azərbaycanda üzərində Ermənistan bayrağı olan eynək satılır VİDEO


Digərləri 04 İyn 2018 21:44:00 292 0

Azərbaycanda üzərində Ermənistan bayrağı olan eynək satılır  VİDEO

Azərbaycanda üzərində Ermənistan bayrağı olan günəş eynəyi satılır. Son.az bildirir ki, fakt Xırdalandakı mağazaların birində qeydə alınıb. Həmin mağazaya eynək almağa girən bir müştəri üzərində düşmən ölkənin bayrağının təsviri olan gözlüyü görüb və şəklini çəkərək sosial şəbəkələrdə paylaşıb.

Xəbərin izi ilə gedib sözügedən mağazanı tapdıq. Həmin eynək Xırdalanda "Təzə bazar" adlanan ərazidə yerləşən ''Real optika'' adlı mağazada satılır. Satıcılar eynəyin dünənə qədər mağazada satışda olduğunu etiraf etdilər. Onların sözlərinə görə, məsələ barədə müdiriyyətə məlumat verildikdən sonra eynək satışdan yığışdırılıb.

Məsələ ilə bağlı özünü mağazanın sahibi kimi təqdim edən Ənvər adlı şəxslə telefon əlaqəsi saxladıq. Həmin şəxs bildirdi ki, sözügedən eynəyin üzərində Ermənistan bayrağının təsviri olmasından xəbərsiz olub.

Vətəndaşların buna münasibəti isə birmənalıdır.