Bitkoinin qiyməti kəskin düşə bilər - PROQNOZ


Digərləri 04 İyn 2018 21:35:00 308 0

Bitkoinin qiyməti kəskin düşə bilər - PROQNOZ

Dünyanın ən populyar kriptovalyutası olan bitkoinin qiyməti son bir neçə gün ərzində müxtəlif istiqamətlərdə dəyişib.

Bakı. Dünyanın ən populyar kriptovalyutası olan bitkoinin qiyməti son bir neçə gün ərzində müxtəlif istiqamətlərdə dəyişib. Trend-in məlumatına görə, bitkoin 7,6 min dollara alınıb satılır. Mütəxəssislər yaxın zamanlarda kriptovalyutanın qiymətinin kəskin düşə biləcəyini deyir. Belə ki, "CoinMarketCap" portalının məlumatlarına əsasən, bitkoinin qiyməti 1,08% ucuzlaşaraq 7,615 dollar təşkil edib.