Bakıda ağacları kəsib yerində bina tikirlər VİDEO


Digərləri 04 İyn 2018 21:24:00 308 0

Bakıda ağacları kəsib yerində bina tikirlər  VİDEO

Bakıda 2 binanın sakinləri aparılan tikinti işlərindən narazıdır.

Son.az bildirir ki, söhbət Nəsimi rayonu, 5-ci mikrorayon 20 Yanvar küçəsi, 22, 24 nömrəli binaların arasındakı ərazidən gedir.

Sakinləri narazı salan səbəb binalarının yaxınlığında aparılan tikinti işidir. Onlar iddia edirlər ki, bir müddət əvvəl burada olan ağaclar kəsilib. Indi də həmin ərazidə bina tikilməsi üçün qazıntı işlərinə başlanılıb.

Sakinlər iddia edirlər ki, burada 13 mərtəbəli bina tikiləcək. Onların sözlərinə görə, bu hal yaxınlıqdakı beşmərtəbəli binalarda yaşayanlara ciddi problemlər yaradacaq.