Balıq tutan şəxsi "tok" vurdu


Digərləri 04 İyn 2018 20:20:00 324 0

Balıq tutan şəxsi "tok" vurdu

Kürdəmir rayon sakinini elektrik cərəyanı vurub. 

Son.az report.az-a istinadən bildirir ki, hadisə rayonunun Çol Qubalı kəndi ərazisində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1977-ci il təvəllüdlü Ramin Rəşid oğlu Məhərrəmov dostları ilə birlikdə yaşadığı ərazidəki su kanalına balıq tutmağa gedib və elektrik enerjisi ilə ov edərkən ehtiyatsızlıqdan onu elektrik cərəyanı vurub. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə təhvil verilib.