Ərzaq və qeyriərzaq məhsullarına 6 milyard manatdan çox pul xərcləmişik
Digərləri 04 İyn 2018 20:12:00 299 0
2018-ci ilin yanvar-aprel aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2017-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 3,2 faiz artaraq 6 milyard 055,3 milyon manat olub.
Son.az Trend-ə istinadən bildirir ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz artaraq 2 milyard 656,8 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 4,1 faiz artaraq 3 milyard 398,5 milyon manata bərabər olub.
Mənbə: milli.az