Birinin qolunu kəsəcəklər, o birini edam edəcəklər


Dünya 04 İyn 2018 20:15:00 373 0

Birinin qolunu kəsəcəklər, o birini edam edəcəklər

Türkiyəyə qanunsuz yolla girən İran vətəndaşları ağlayaraq polisdən kömək istəyiblər.

Son.az haberler-ə istinadla xəbər verir ki, Vandan Türkiyəyə keçən ümumi sayı 51 nəfər olmaqla İran, Əfqanıstan və Pakistan vətəndaşları saxlanılıb. Onların deportasiyası barədə qərar qəbul edilib.

İranlı cütlük yalvararaq polisdən kömək istəyib. Onlar bildirib ki, saçları boyalı, bədənləri tatuajlı olduğuna görə birinin qolunu kəsəcəklər, o birisini isə edam edəcəklər.


Xəbərə aid fotolar