Əlindəki torbadan 11 kiloqram narkotik tapıldı VİDEO FOTO


Digərləri 04 İyn 2018 20:00:00 343 0

Əlindəki torbadan 11 kiloqram narkotik tapıldı  VİDEO  FOTO

Yardımlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Son.az ARB TV-yə istinadla xəbər verir ki, iyunun 2-də Yardımlı RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yardımlı-Masallı yolunun 39-cu kilometrliyində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran şəhər sakini Qadir Əliyev saxlanılıb. 

Qadir Əliyevin əlindəki torbadan ümumilikdə 11 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə - 4064,2 qram heroin, 6023,3 qram tiryək, 943,7 qram həşiş qətranı, 76,25 qram psixatrop maddə olan metamfetamin və digər həblər aşkar edilərək götürülüb. 

Faktla bağlı Yardımlı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.


Xəbərə aid fotolar