Bakıda əhali ərzaq və qeyri-ərzaq məhsullarına 6 milyard manatdan çox pul xərcləyib


Digərləri 04 İyn 2018 19:51:19 286 0

Bakıda əhali ərzaq və qeyri-ərzaq məhsullarına 6 milyard manatdan çox pul xərcləyib

2018-ci ilin yanvar-aprel aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2017-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 3,2 faiz artaraq 6 milyard 055,3 milyon manat olub.

Bakı. Elçin Mehdiyev - 2018-ci ilin yanvar-aprel aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2017-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 3,2 faiz artaraq 6 milyard 055,3 milyon manat olub. Trend-in məlumatına görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz artaraq 2 milyard 656,8 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 4,1 faiz artaraq 3 milyard 398,5 milyon manata bərabər olub.