Gürcüstanda öldürülən məktəblinin atası baş nazirlə görüşdən imtina etdi


Dünya 04 İyn 2018 19:42:00 307 0

Gürcüstanda öldürülən məktəblinin atası baş nazirlə görüşdən imtina etdi

"Mən baş nazirlə təklikdə görüşə getməyəcəyəm".

Son.az report-a istinadən xəbər verir ki, bunu öldürülən məktəblinin atası Zaza Saralidze bildirib.

"Mən bu görüşü 6 aydır gözləyirəm. Mənə verilən ultimatumlardan yorulmuşam. Mən vaxtı gözləyirəm: ya hamı ilə (müxalifət nümayəndələrini nəzərdə tutur - "Report") birlikdə gedəcəyəm, ya da, ümumiyyətlə, bu görüş olmayacaq", - deyə o vurğulayıb.

Qeyd edək ki, Gürcüstanın baş naziri Giorgi Kvrikaşvili Zaza Saralidze ilə görüşməyə hazır olduğunu bildirmişdi.