Gürcüstan parlamentinin növbədənkənar iclası keçiriləcək


Dünya 04 İyn 2018 19:24:00 265 0

Gürcüstan parlamentinin növbədənkənar iclası keçiriləcək

Gürcüstan parlamentinin bu həftə ərzində növbədənkənar iclası keçiriləcək.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə parlament sədri İrakli Kobaxidze bildirib. O deyib ki, növbədənkənar iclas iyunun 6-da çağırılacaq və iclasın təyin olunması ilə bağlı prezidentə müraciət olunacaq.

İclasda Tbilisinin Xorava küçəsində ötən il qətlə yetirilmiş yeniyetmələrin işi üzrə istintaq komissiyası yaradılacaq. Komissiyaya deputat Sergi Kapanadze başçılıq edəcək.