Rüstəm İbrahimbəyovun titullarının alınması ilə bağlı məhkəməyə müraciət ediləcək


Digərləri 04 İyn 2018 18:53:00 265 0

Rüstəm İbrahimbəyovun titullarının alınması ilə bağlı məhkəməyə müraciət ediləcək

Rusiyada yaşayan azərbaycanlı kinematoqraf Rüstəm İbrahimbəyovun ssenari müəllifi olduğu və Dağlıq Qarabağ münaqişəsi barədə daha çox erməni mövqeyini ifadə edən "Qafqaz üçlüyü" filmi mətbuatda, sosial şəbəkələrdə tənqid olunur.

Aparılan müzakirələrdə qaçqınları, Qarabağ döyüşçülərini təmsil edən ictimaiyyət nümayəndələri, eləcə də kino xadimləri, elm və sənət adamları Azərbaycan dövləti tərəfindən Rüstəm İbrahimbəyova verilmiş rəsmi titul və adlarının geri alınması tələblərini səsləndirirlər.

Müraciətlərdə qeyd olunur ki, Rüstəm İbrahimbəyov Azərbaycan xalqının iradəsinə, milli dəyərlərə, dövlətçiliyə qarşı düşmən münasibəti nümayiş etdirir. Bu mövqe onun sovet dövründən üzü bəri kinossenarilərinin çoxunda özünü büruzə verir, son zamanlar isə daha da qabarıq şəkil alıb.