Rezidenturaya sınaq imtahanına qeydiyyat aparılır


Digərləri 04 İyn 2018 17:56:00 242 0

Rezidenturaya sınaq imtahanına qeydiyyat aparılır

Rezidenturaya qəbul olmaq istəyən namizədlər üçün sınaq imtahanına qeydiyyat davam edir.

Dövlət İmtahan Mərkəzindən (DİM) Son.az-a verilən məlumata görə, mərkəz tərəfindən rezidenturaya qəbul olmaq istəyən namizədlərin imtahana daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə qəbul imtahanının ikinci mərhələsi (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı) üzrə keçirilən sınaq imtahanına qeydiyyat davam edir.

Sınaq imtahanında iştirak etmək istəyənlər 9 iyun saat 09:00-dək DİM-in internet saytında qeydiyyatdan keçərək imtahana yazıla bilərlər.