Millimiz Qazaxıstanla heç-heçə etdi


İdman 04 İyn 2018 17:31:00 270 0

Millimiz Qazaxıstanla heç-heçə etdi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoxlama oyunu keçirib.

Goal.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda qazaxıstanlı həmyaşıdları ilə qarşılaşıb. Astanada keçirilən oyunda hesabı komandamız açsa da, qələbəni qoruyub-saxlaya bilməyib. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, millimiz bu oyundan 4 gün sonra Bakıda Macarıstan U-21-i ilə üz-üzə gələcək.

 

Qazaxıstan U-21 – Azərbaycan U-21 - 1:1

Qollar: Aybol Abiken, 80 (pen.) - Sərtan Taşkın, 36