İordaniyanın baş naziri istefa verib


Dünya 04 İyn 2018 17:19:31 277 0

İordaniyanın baş naziri istefa verib

Hani əl-Mülki mövqeyini dəyişməyəcəyini bildirib

İordaniyada altı gündür davam edən etiraz aksiyaları fonunda baş nazir Hani əl-Mülki istefa verib.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, baş nazir Beynəlxalq Valyuta Fondunun dəstəklədiyi yeni vergi qanunu ilə bağlı mövqeyini dəyişməyəcəyini bildirib.

Onun yerinə Ömər əl-Rezzaz müvəqqəti olaraq baş nazirin səlahiyyətlərini icra edir. Kral II Abdullah ondan yeni hökuməti formalaşdırmasını istəyib.

Aksiya iştirakçıları həmin qanunun əhalinin yoxsul və orta təbəqəsinə ziyan vuracağını vurğulayır.

Bir müddət əvvəl İordaniya kralı II Abdullah etirazçıları danışığa çağırıb.