Ağsuda güclü sel: İnsanlar çadırlarda gecələdi VİDEO FOTO


Digərləri 04 İyn 2018 17:29:00 290 0

Ağsuda güclü sel: İnsanlar çadırlarda gecələdi  VİDEO  FOTO

Yağıntılar dağlıq ərazilərdə xüsusən də şimal-qərb bölgəsində bir çox çətinliklər yaradıb. Sel nəticəsində bəzi kəndlərlə əlaqə kəsilib, evləri su altında qalan insanlar çadırlarda gecələməli olublar. 

Son.az ARB TV-yə istinadla xəbər verir ki, Ağsu çayınının daşması nəticəsində Şamaxının Qaleybuğurd, Keşmədin və Qaladərəsi kəndlərinin yollarını sel suları yuyub. 

Kəndlərin rayon mərkəzilə əlaqəsi kəsilib. Hətta bəzi ərazilərdə torpaq uçqunları baş verib. 

Ceyhun Əliyev - sakin: "Çayı keçmək mümkün deyil. Dağ çaylarıdır, sürətlə axır. Yolu dağıdır, daşlar gətirir". 

Kamal Kərimov - sakin: "Yollar bağlıdır, vəziyyət pisdir. Qalmışıq yolda, keçə bilmirik. İş yerimizə getmək istəyirik gedə bilmirik. Suyun səviyyəsi çoxdur, nə edirik, maşın keçmir". 

Qaleybuğurd kəndində çayı keçmək istəyən "UAZ" markalı minik avtomobilini də sel aparıb. İçərisində 4 nəfər kənd sakin köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan xilasedicilər vətəndaşları çaydan çıxarıb. 


Xəbərə aid fotolar