AMEAnın yeni prezidenti seçiləcək


Digərləri 04 İyn 2018 17:12:00 352 0

AMEAnın yeni prezidenti seçiləcək

İyunun 8-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti və vitse-prezidentləri yenidən seçiləcək.

Son.az xəbər verir ki, AMEA-dan Trend-ə verilən məlumata görə, akademiyanın prezidenti ümumi yığıncaqda 5 il müddətinə seçiləcək. Akademiyanın ümumi yığıncağı tərəfindən seçilmiş AMEA prezidentinin həmin vəzifədə təsdiq edilmək üçün adı ölkə Prezidentinə təqdim ediləcək.

AMEA-nın Rəyasət Heyətinin seçkiləri ümumi yığıncaqda akademiyanın prezidentinin seçilməsi ilə başlanacaq. Rəyasət Heyətinin tərkibinin formalaşdırılması akademiyanın prezidentinin təqdimatı ilə həyata keçiriləcək.