"İki dəfə məhkumluq həyatı yaşayan müəllimin diplomu saxtadır"


Digərləri 04 İyn 2018 17:20:00 302 0

"İki dəfə məhkumluq həyatı yaşayan müəllimin diplomu saxtadır"

"İki dəfə məhkumluq həyatı yaşayan müəllimin diplomu saxtadır".

Son.az xəbər verir ki, bunu report-a Goranboy rayonunun Qızılhacılı kənd orda məktəbinin direktoru Mətanət Əliyeva bildirib.

M.Əliyeva qeyd edib ki, Bayram Nemanoğlu Eminov onun barəsində dedikləri həqqətə uyğun deyil: "Bəzi KİV-də həqiqətə uyğun olmayan məlumatlar dərc edilib. Mənim rəhbərlik etdiyim məktəbdə informatika müəllimi kimi çalışan Bayram Eminov bəzi saytlara yalandan məlumat verərək guya mənə 1000 manat verərək onu məktəbə işə götürdüyümü bildirib. Bu mənə atılan şər-böhtandır. O, bu işə təyinatla gəlib. Daha sonra o müəllim işlədiyi zaman dələduzluqda ittiham olunaraq həbs olunub. Buna görə də məktəbdən kənarlaşdırlıb.  Ümumiyyətlə onun iki dəfə məhkumluq həyatı olub. Bayram Eminov hərbi xidmətdə olan zaman Gəncə şəhərində Müəllimlər İnstitutunun diplomunu alıb. Həmin diplom da saxta çıxıb. O yenidən məktəbdə çalışmaq istəyir. O, 2015 ci ildən 2018-ci ilədək həbsdə olub. Bu ilin mart ayında şərti olaraq azadlığa buraxılıb. İndi həmin şəxs müəllimlik iddiasındadır. Buna nail ola bilmir deyə mənə şər-böhtan atır. Bəzi  saytlar da mənim fikirlərimi öyrənmədən, məsələni araşdırmadan onun mənim haqqımda dediklərini dərc ediblər. Bu da mənim işimə, ailəmə, pisxologiyama mənfi təsir göstərir. Bayram Eminov 2013-cü ildə bu məktəbdə informatika müəllimi işləyən zaman dərsə günlərlə gəlmirdi, işinə laqeyd yanaşırdı buna görə də onun maaşından tutub onu əvəz edən müəllimə yazırdım. Buna görə də bizimlə mübahisə edirdi.