ASAN Viza Gəncə və Qəbələ aeroportlarında fəaliyyətə başlayıb


Digərləri 04 İyn 2018 17:15:00 352 0

ASAN Viza Gəncə və Qəbələ aeroportlarında fəaliyyətə başlayıb

Artıq Gəncə və Qəbələ Beynəlxalq Hava limanlarında ASAN Viza özünəxidmət terminalları vasitəsi ilə əcnəbilərə vizaların verilməsinə başlanılıb.

Bakı. Artıq Gəncə və Qəbələ Beynəlxalq Hava limanlarında ASAN Viza özünəxidmət terminalları vasitəsi ilə əcnəbilərə vizaların verilməsinə başlanılıb. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, ilk olaraq 15 may 2018-ci il tarixindən etibarən Heydər Əliyev adına Beynəlxalq Hava Limanında ASAN Viza sistemi üzərindən vizaların verilməsinə başlanılıb və bu günə kimi 7000-dən çox elektron vizanın verilməsi təmin olunub. ASAN Viza vasitəsi ilə hava limanlarında 15 ölkənin - Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Çin, İran, İsrail, İndoneziya, Küveyt, Qətər, Malaziya, Oman, Səudiyyə Ərəbistanı, Sinqapur, Türkiyə və Yaponiya vətəndaşları üçün birbaşa vizaların verilməsi təmin edilir. Quraşdırılmış ASAN Viza özünəxidmət terminalları xüsusi təyinatlı ümümvətəndaş pasportu oxuyucuları, elektron ödəmələr üçün post terminallar və nəğd ödəmələr üçün əskinaz qəbuledicilərlə təmin olunub.