Trend İnformasiya Agentliyinin Rusiya XİN rəsmisinin fikirlərinin sonradan təhril edilməsi ilə bağlı BƏYANATI


Digərləri 04 İyn 2018 16:59:00 248 0

Trend İnformasiya Agentliyinin Rusiya XİN rəsmisinin fikirlərinin sonradan təhril edilməsi ilə bağlı BƏYANATI

Yaranmış vəziyyətlə bağlı olaraq Azərbaycan jurnalist ictimaiyyətini və xüsusilə Azərbaycan Mətbuat Şurasını Trend İnformasiya Agentliyini əsassız hücumlardan müdafiə etməyə çağırırıq.

Bakı. Trend İnformasiya Agentliyinin jurnalisti Artyom Sokolov bu il iyunun 1-də Rusiya Xarici İşlər Nazirliyində (XİN) keçirilən brifinq zamanı Mətbuat və informasiya departamentinin direktor müavini Artyom Kojinə aşağıdakı sualı vermişdi: “Əvvəlki müsahibələrinin birində Ermənistanın baş naziri bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qanunsuz rejimin iştirakı olmadan mümkün deyil. Bununla bağlı sual yaranır: fikrinizcə, bu cür bəyanatlar nə dərəcədə nizamlanma prosesini mürəkkəbləşdirir və tərəflərə ümumi dil tapmağa mane olur?” Bu suala Rusiya XİN nümayəndəsi aşağıdakı kimi cavab verib: "Ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsinin ATƏT tərəfindən müəyyənləşdirilmiş həlli yollarına uyğun gəlməyən hay-küylü bəyanatlar qeyri-konstruktivdir. Mən belə deyərdim”. Rusiyalı diplomatın cavabı tərəfimizdən olduğu kimi təqdim edilib. Brifinqin videoyazısı ilə birgə müvafiq material Trend-in saytında Bakı vaxtı ilə saat 14:57-də yerləşdirilmişdi. Həm materialı, həm də videoyazını indi də saytımızda görmək olar. Amma bir saat keçdikdən sonra Rusiya XİN-in rəsmi saytında brifinqin stenoqramı yerləşdirildikdə A.Kojinin cavabındakı “ümumiyyətlə” («вообще») sözü naməlum səbəblərdən “sizin” («ваши») sözü ilə əvəz edilib və nəticədə rusiyalı diplomatın cavabının məğzi tamamilə təhrif olunub. Cəsarətlə demək olar ki, bu cür təhrif həm Rusiya, həm də Ermənistan mətbuatında Trend-in ünvanına İnformasiya Agentliyinin fəaliyyətinə kölgə salmaq xarakteri daşıyan müxtəlif iftiralara yol açdı. Biz təəccüblənirik ki, dünyanın ən böyük ölkəsinin xarici siyasət kursunu müəyyənləşdirən və bir çox həmkarları üçün nümunə olmalı olan Rusiya XİN kimi ciddi və hörmətli dövlət qurumunda çox xoşagəlməz hadisələrə səbəb ola biləcək təhriflərə yol verə bilirlər. Yaranmış vəziyyətlə bağlı olaraq Azərbaycan jurnalist ictimaiyyətini və xüsusilə Azərbaycan Mətbuat Şurasını Trend İnformasiya Agentliyini əsassız hücumlardan müdafiə etməyə çağırırıq. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin