Zərərçəkmişin oğluna cinayət işi açıldı


Digərləri 04 İyn 2018 16:45:00 338 0

Zərərçəkmişin oğluna cinayət işi açıldı

"Yüksəliş - C" Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru və hüquqşünasına cinayət işi açılıb.

Son.az APA-ya istinadən xəbər verir ki, kooperativin direktoru Samir Alışov və sonuncunun səlahiyyətli nümayəndəsi, hüquqşünas Habil Fətəliyevə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı) və 322.1-ci (özbaşınalıq, yəni qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi vətəndaş və ya təşkilat tərəfindən təkzib edilən hər hansı hərəkətin özbaşına törədilməsi mühüm ziyan vurduqda maddəsi ilə ittiham elan edilib. 

İttihama görə, "Yüksəliş - C" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən Xətai rayonu M.Hadi küçəsində 2337-ci məhəllədə inşa olunan 1 girişli 20 mərtəbəli binadan "Yaşayış binasında mənzil tikintisi haqqında" müqavilə və pul vəsaitlərinin ödənilməsinə dair maliyyə arayışlarına əsasən mənzillər satılıb.

Bundan sonra Samir Alışov satılmış mənzilləri 2015-ci ilin dekabrından başlayaraq, başqa-başqa adamlara satmağa başlayıb.

Bununla əlaqədar o, cəmiyyətin direktoru vəzifəsində işləyərkən hüquqşünas və səlahiyyətli nümayəndəsi Habil Fətəliyev və digər şəxslərlə cinayət əlaqəsinə girib.

Onlar təkrar satışlar üzrə mənzillərin guya alıcılara qanuni olaraq verilməsi haqqında yalan məlumatlar daxil edildiyi müqavilə və maliyyə arayışları təqdim ediblər.

Qeyd olunan binadan 1 otaqlı mənzil Seyfulla Vəliyevə satıldığı halda, təkrar Cəlal İbadova 72 min manata satıb.