AMEA-nın yeni prezidenti və vitse-prezidentləri seçiləcək


Digərləri 04 İyn 2018 16:39:00 207 0

AMEA-nın yeni prezidenti və vitse-prezidentləri seçiləcək

İyunun 8-də Azərbaycan Milli Elmlər Akademiyasının yeni prezidenti və vitse-prezidentləri seçiləcək.

Bakı. İlhamə İsabalayeva - İyunun 8-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti və vitse-prezidentləri yenidən seçiləcək. AMEA-dan Trend-ə verilən məlumata görə, akademiyanın prezidenti ümumi yığıncaqda 5 il müddətinə seçiləcək. Akademiyanın ümumi yığıncağı tərəfindən seçilmiş AMEA prezidentinin həmin vəzifədə təsdiq edilmək üçün adı ölkə Prezidentinə təqdim ediləcək. AMEA-nın Rəyasət Heyətinin seçkiləri ümumi yığıncaqda akademiyanın prezidentinin seçilməsi ilə başlanacaq. Rəyasət Heyətinin tərkibinin formalaşdırılması akademiyanın prezidentinin təqdimatı ilə həyata keçiriləcək.