Nizami Gəncəvi Beynəlxalq Mərkəzi beynəlxalq təşkilat və siyasi klublarla əlaqələri genişləndirir (FOTO)


Digərləri 04 İyn 2018 16:36:00 222 0

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi beynəlxalq təşkilat və siyasi klublarla əlaqələri genişləndirir (FOTO)

Latviyada bir sıra görüşlər keçirib.

Bakı. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibi mərkəzin fəaliyyətinin həmsədr Vaira Vike-Freyberqanın rəhbərliyi altında daha da genişləndirilməsi ilə əlaqədar məsələlərin müzakirəsi üçün Latviyada bir sıra görüşlər keçirib. Latviyanın sabiq prezidentləri, mərkəzin həmsədri Vaira Vike-Freyberqa, Andris Berzins, Valdis Zatlers, keçmiş Baş nazir Laimdota Straujuma ilə keçirilən görüşlərdə təşkilatın ötən dövrdəki fəaliyyəti, həyata keçirdiyi layihələr haqqında danışılıb. Qlobal Bakı forumunun əhəmiyyəti, dünyanı narahat edən problemlərin həllinə verdiyi töhfələrlə bağlı fikir mübadiləsi aparılıb.