Misir yığması yekun heyəti açıqladı, Salahın da millidə yer aldı


İdman 04 İyn 2018 16:28:00 256 0

Misir yığması yekun heyəti açıqladı, Salahın da millidə yer aldı

Misir milli komandasının Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatı üçün yekun heyəti açıqlanıb. Goal.az xəbər verir ki, "23-lüy"ə 3 qapıçı, 9 müdafiəçi, 9 yarımmüdafiəçi və 2 hücumçu daxil edilib.

Qapıçılar: Essam əl-Hadari (“Əl-Taavun”), Əhməd əl-Şənavi, Şərif Əkrəmi (hər ikisi “Əl-Əhli”)

Müdafiəçilər: Əhməd Fəthi, Ayman Əşrəf, Saad Samir (hamısı “Əl-Əhli”), Mahmud Həmdi (“Zamalek”), Məhəmməd Əbdül-Şəfi ("Əl-Fateh"), Əli Qabr, Əhməd Heqazi (hər ikisi “Vest Bromviç”, İngiltərə), Əhməd əl-Məhəmmədi (“Aston Villa”, İngiltərə), Ömər Qaber (“Los-Anceles”, ABŞ)

Yarımmüdafiəçilər: Tarek Hamed (“Zamelek”), Şikabala (Əl-Riyad”), Abdulla Səid (KuPS, Finlandiya), Sem Morsi (“Uiqan”, İngiltərə), Məhəmməd əl-Nenni (“Arsenal”, İngiltərə), Mahmud Kəhrəba (“Əl-İttihad”), Ramadan Sobhi (“Stok Siti”, İngiltərə), Mahmud Hassan “Trezege” (“Kasımpaşa”, Türkiyə), Amr Varda (“Atromitos”, Kipr)

Hücumçular: Məhəmməd Salah (“Liverpul”, İngiltərə), Maruan Möhsün ( “Əl-Əhli”)

Misir yığması dünya çempionatında Rusiya, Səudiyyə Ərəbistanı və Uruqvay milliləri ilə A qrupunda mübarizə aparacaq.