Peşə təhsili alan şagirdlər güzəştli mənzillərin inşasının aparıldığı ərazidə istehsalat təcrübəsi keçiblər (FOTO)


Digərləri 04 İyn 2018 15:56:00 234 0

Peşə təhsili alan şagirdlər güzəştli mənzillərin inşasının aparıldığı ərazidə istehsalat təcrübəsi keçiblər (FOTO)

Mənzil İnşaatı Dövlət Agentliyi və Təhsil Nazirliyi yüksək ixtisaslı kadrların hazırlanması istiqamətində əməkdaşlıq edir

Bakı. Mənzil İnşaatı Dövlət Agentliyi və Təhsil Nazirliyi ölkədə inşaat sektorunda çalışacaq gənc kadrların bilik və bacarıqlarının artırılması istiqamətində əməkdaşlıq edir. Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, ölkədə peşə-ixtisas və ali təhsil müəssisələrinin inşaat, tikinti və memarlıq ixtisasları üzrə təhsil alan şagird və tələbələrin Agentlikdə və onun tikinti ərazilərində istehsalat təcrübəsi keçməsinin təşkil edilməsi və bu sahədə uzunmüddətli əməkdaşlığın yaradılması qarşıya qoyulan əsas vəzifələrdəndir. Təcrübəkeçmənin əsas məqsədi peşə təhsilinə yiyələnən gənclərin öz bacarıqlarını inkişaf etdirməsinə şərait yaratmaq, yüksək ixtisaslı kadrların hazırlanmasına və əmək bazarında səriştəli işçi qüvvəsinə olan tələbatın ödənilməsinə töhfə verməkdir. Bununla əlaqədar olaraq Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi və Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” MMC arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən 8 nömrəli Bakı Peşə Liseyində təhsil alan şagirdlərin 2016-2017-ci və 2017-2018-ci tədris illərində güzəştli mənzillərin tikintisinin aparıldığı ərazidə istehsalat təcrübəsi keçməsi layihəsi uğurla başa çatdırılıb. Qeyd edilən dövrdə Liseyin “Əl elektrik qaynaqçısı” ixtisası üzrə təhsil alan 30-a yaxın şagirdi Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin inşa olunduğu ərazidə 1 ay müddətində istehsalat təcrübəsi keçib.