İngiltərə millisinin baş məşqçisindən futbolçulara xüsusi tövsiyə


İdman 04 İyn 2018 15:33:00 284 0

İngiltərə millisinin baş məşqçisindən futbolçulara xüsusi tövsiyə

İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt dünya çempionatına aparılacaq futbolçulara xüsusi məsləhət verib. Goal.az xəbər verir ki, gənc mütəxəsis yetirmələrindən simulyasiya etməməyi istəyib. Sautqeyt turnirdə videotəkrar sisteminin (VAR) tətbiq olunacağını nəzərə alıb risk etməməyi istəyib.

"Şənbə günü bu barədə futbolçularla danışdım. Biz heç kimi aldatmaq istəmirik. Amma belə düşünənlər də bundan əl çəkməli olacaq. Meydanın bütün zonalarında konsentrasiyanı saxlamaq lazımdır" - məşqçi qeyd edib.