Azərbaycanın bu il üçün proqnozlaşdırılan şərab ixracının həcmi açıqlanıb


İqtisadiyyat 04 İyn 2018 15:22:46 258 0

Azərbaycanın bu il üçün proqnozlaşdırılan şərab ixracının həcmi açıqlanıb

Şanxayda Azad Ticarət Zonasında "Şərab Evi"nin açılması nəzərdə tutulur

Bu il 6 milyon dollara yaxın şərab ixracı həyata keçirilə bilər.

Bunu "Report"a Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Elçin Mədətov deyib.

"Ötən il 4,5 milyon dollarlıq şərab məhsulunu ixrac etmişik. Bu il 30-40 % artım gözləyirik. Hesab edirik ki, 6 milyon dollara yaxın ixrac həyata keçirə bilərik. İxracın artması bazardan da asılıdır", - deyə E.Mədətov bildirib.

O həmçinin əlavə edib ki, iyulun 4-8-də Monqolustana ixrac missiyası nəzərdə tutulub: "Bundan başqa, avqustun sonu, sentyabrın əvvəlində Çinə iki ixrac missiyası baş tutacaq. Ümumiyyətlə, il ərzində 20 ixrac missiyası olacaq".

E.Mədətov Şanxayda açılışı planlaşdırılan "Şərab Evi" ilə bağlı danışarkən bildirib ki, bununlabağlı ilkin razılaşma əldə edilib: "Şanxayda Azad Ticarət Zonasında "Şərab Evi"nin açılması nəzərdə tutulur. Texniki məsələlər həll edilsə, iyulun ortalarında açılış ola bilər".